Təbəssüm...

Xəbərin çap versiyası
Tarix: 13-11-2018, 17:02    |    Xəbər oxunub: 686 dəfə
Təbəssüm...


Balaca qız yolda tanımadığı fikirli, hüzünlü bir adama gülümsədi. Bu gülümsəmə adamın özünü daha yaxşı hiss etməsinə səbəb oldu. Bu ab-hava içində yaxın keçmişdə ona köməklik göstərən bir dostuna təşəkkür etmədiyini xatırladı. Dərhal bir təşəkkür mesajı yazıb yolladı.

Mesajı alan dostu bu təşəkkürdən dolayı sevinib hər gün günorta yemək yediyi yeməkxanadakı ofisianta artıq məbləğdə bəxşiş verdi. Ofisiant ilk dəfə bu qədər artıq bəxşiş almışdı. Axşam evə gedərkən qazandığı puldan küçənin döngəsində oturan kasıb adamın şapkasına qoydu. Adam elə minnətdar oldu ki... İki gündür ki, boğazından bir loxma belə keçməmişdi. Qarnını iki gündən bəri ilk dəfə doyurduqdan sonra çox mərtəbəli bir binanın zirzəmisindəki isti otağına doğru fit çalaraq yol aldı. Elə sevincli idi ki, yolda titrəyən balaca köpəyi görüncə qucağına aldı. Balaca it gecənin soyuğundan xilas olduğu üçün sanki sevinirdi. İsti otaqda səhərə qədər o tərəfə, bu tərəfə qaçışdı. Gecə yarısı həmin binadan dumanlar çıxmağa başladı. Yanğın baş vermişdi. Dumanı iyləyən balaca it dayanmadan elə ucadan hürməyə başladı ki, öncə kasıb adam, sonra bütün bina sakinləri oyandı.
Analar, atalar dumandan boğulmaq üzrə olan uşaqlarını ölümdən qurtardılar. Bütün bunların hamısı sadəcə bir TƏBƏSSÜMÜN nəticəsində bir domino effekti kimi baş vermişdi. Təbəssümlə qalmağınız diləyi ilə...

SƏBUHİ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur