Bilik Fondunun “Kinoklub”unda “Nar bağı”nın yaradıcıları ilə görüş keçirilib


Bilik Fondunun “Kinoklub”unda “Nar bağı”nın yaradıcıları ilə görüş keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filminin nümayişi və yaradıcı heyətlə “Kinoklub” üzvlərinin görüşü olub.



Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən tədbirdə filmin rejissoru İlqar Nəcəf, baş rolların ifaçıları - Xalq artisti Qurban İsmayılov, aktyor Səmimi Fərhad iştirak ediblər.

Universitetin dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Əmirli tədbiri açaraq, xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına təqdim olunan “Nar bağı” filminin müxtəlif beynəlxalq film festivallarında mükafatlara layiq görüldüyünü xatırladıb.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun nəzdində fəaliyyət göstərən “Kinoklub” haqqında məlumat verib və “Mədəni maarifləndirmə” proqramı çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin zövqünün və dünyagörüşünün inkişafında rolundan bəhs edib.

Film tələbələrin, həmçinin klub üzvlərinin böyük marağına səbəb olub. Nümayişdən sonra gənclər filmdən aldıqları təəssüratları bölüşüblər, yaradıcı kollektivlə fikir mübadiləsi aparılıb. Filmin rejissoru və baş rolların ifaçıları klub üzvlərini maraqlandıran çoxsaylı sualları cavablandırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu