ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək


ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək


Dekabrın 4-də saat 19.00-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunan “Hərə bir qəhrəman” tamaşası nümayiş olunacaq.

Universitetin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, tamaşanın bədii rəhbəri ADMİU Sabah qruplarının rəhbəri Böyükxanım Məmmədbəyovadır. Qan Turalının pyesi əsasında hazırlanmış “Hərə bir qəhrəman” adlı bir bölümlü həyat hekayəsinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Amid Qasımov, geyim üzrə rəssamı Könül Vəlibəyli, musiqi tərtibatçısı Emil Əlidir. Qrupun səhnə hərəkəti müəllimi Ceyhun Dadaşov, səhnə danışığı müəllimi Nadir Hüseynovdur. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs SABAH qruplarının tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış edir.
Əsər Cümhuriyyətimizin qurulmasında müstəsna xidmətləri olmuş, 20 yaşlı millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətimizin ilk Daxili İşlər naziri Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edir.

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu