Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib- FOTOLAR


Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-


Ötən gün Azərbaycan Dillər Universitetində dahi Azərbaycan şairi Hüseyn Cavidin seçilmiş əsərlərinin özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.



Tədbirdə giriş sözü ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bildirdi ki, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” Təhsil Mərkəzinin rəhbəri, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın, eləcə də digər Azərbaycan ziyalılarının təşəbbüsü ilə Özbəkistanda görkəmli şair Hüseyn Cavidin əsərləri təbliğ olunur: "Bu təbliğ gözəl bir əsər şəklində işıq üzü görüb. Bizim özbək qonaqlarımız nəşr edilən kitab şəklində Hüseyn Cavid dünyasına müraciət ediblər. Azərbaycan üçün Hüseyn Cavid müqəddəs şəxsdir. O təkcə şair deyil, əzabkeş insan kimi hər bir azərbaycanlının qəlbində bu gün də yaşayır. Eyni zamanda ulu öndər Heydər Əliyevin qarşısında baş əyirik ki, Hüseyn Cavidin nəşini Azərbaycana qaytardı və o, doğma Naxçıvanda torpağa tapşırıldı. Bu, ümumiyyətlə görünməmiş hadisə idi. Bunun üçün Heydər Əliyev şəxsiyyətinə çox böyük borcumuz var. Cavidin nəşini Naxçıvana apararkən ulu öndərin orada söylədiyi nitq onun həm Azərbaycan mədəniyyətinə, həm də Hüseyn Cavid sənətinə verdiyi böyük qiymət idi. Bu gün Hüseyn Cavidin yaşaması Azərbaycan ziyalılarının, ədəbiyyatsevərlərinin, hər bir ailənin sanki mənəvi bir borcu kimidir. Çünki bu nakam insan öz ailəsindən, yaxınlarından, vətənindən uzaqlaşdırılmışdı və bir tənha insan Sibirdə nə edə bilərdi? O dəhşətli bir zamanda insan bəlkə də özünə ölüm arzulayardı.

Cavid bizim qəlbimizdə son dərəcə gözəl duyğulu bir şair kimi yaşayır. Bu hüsnü-xuda şairi, Allaha yaxın olmaq ehtirası Cavidi sanki o dövrdə amansız sosializm-realizm tərəfdarlarının ağır və cəzalı təqiblərinə məruz qoydu və bu böyük şair yerdə yaşaya bilmədiyinə görə göylərdə də yaşamaq haqqından məhrum edildi. Amma Cavid yenə də göylərdədir, səmalardadır və bu gün də pərvaz edir. Bu pərvazın ən gözəl nümunəsindən birini nəfis şəkildə tərtib olunan bu kitabda görürük”.

K.Abdulla qeyd etdi ki, bu kitabın timsalında özbək mütəxəssislərinin Hüseyn Cavidə olan münasibəti öz əksini tapıb: "Onu qeyd etmək istərdim ki, Sona Vəliyevanın fəaliyyəti bununla bitmir və o, Cavidi başqa dillərdə, mədəniyyətlərdə təbliğ etməkdən yorulmur, usanmır. Biz yəqin ki, Hüseyn Cavidin gələcək nəşrlərinin səsini başqa ölkələrdən eşidəcəyik. Çox sevinirik ki, Cavidi özbək oxucusu da qəbul edəcək, oxuyacaq və ona öz şairi kimi münasibət bəsləyəcək. Çünki Hüseyn Cavid faktiki olaraq bütün türk dünyasının şairi idi. O elə bir dildə yazırdı ki, həmin dili o zaman bütün türk xalqları başa düşürdü. Sərhədlərin ayrılmasından öncəki Cavid dili bütün türkləri birləşdirən bir dil idi. Cavid nə istəyirdi? O bütün insanların xoşbəxtliyini, insanların məhəbbətini istəyirdi. Bu baxımdan bizim nakam şairimizə verilən qiymətə görə hər kəsə minnətdarıq”.

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirdi ki, Hüseyn Cavidin özbək dilində seçilmiş əsərlərinin ilk təqdimatı Özbəkistanda Nizami adına Universitetdə keçirilib: "Onu qeyd edim ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov orada böyük bir tərcümə mərkəzi yaradıb. Azərbaycan ədəbiyyatını özbək dilinə, özbək korifeylərini isə Azərbaycan dilinə tərcümə etmək sahəsində onun çox böyük zəhməti var. Bu haradasa sovet dövründə sınmış olan ədəbi körpülərimizin bərpası deməkdir. Biz ruh, qan, dil, düşüncə birliyi olan xalqlarıq və müxtəlif zamanlarda bunu bizdən almağa çalışıblar. Azərbaycan və Özbəkistan müstəqillik qazanandan sonra bu əlaqələrin bərpası yolunda əziyyət çəkən insanlar olub və buna görə onlara minnətdarıq. İdeyamı dəstəklədiyi üçün isə Samir Abbasova xüsusi təşəkkür edirəm. Bu, Cavidin Özbəkistana ilk gedişi deyil. Səhv etmirəmsə, 1921-ci ildə Cavidin əsəri bu ölkədə tamaşaya qoyulub və böyük şöhrət qazanıb. Həm Azərbaycanda, həm də Özbəkistanda bu tamaşadakı kiçik türkçülük ideyasına görə həmin dövrün rəhbərləri onu repertuardan çıxarıblar. Cavid İblisi həm mifoloji, həm də klassik obraz olaraq müharibə törədicisi kimi yaratmışdı və eləcə də müasir dövrdə türkçülüyün inkişafına əngəl olan iblisləri bu obraz vasitəsilə ortaya qoyurdu. Cavid təpədən dırnağa qədər türkçü idi və ideyası uğrunda şəhid olduğu üçün bütün türkdilli ölkələr arasında təbliğ etmək onun mənəvi övladı olaraq hər birimizin borcudur”.

S.Vəliyeva qeyd etdi ki, Hüseyn Cavidin əlinə qələm aldığı gündən son əsərinə qədər yazdıqları Azərbaycan üçün idi: "Cavid təxminən 30 yaşlarında türk dünyasına vəsiyyət yazıb. O burada türkçülük, elm, din, ailə, böyüklərə münasibət, yəni həyatımızı əhatə edən əxlaqi, siyasi, ideoloji kateqoriyaları əhatə edən hər bir məsələyə türk övladının necə yanaşmalı olduğunu ortaya qoyub. Cavidin ailəyə münasibəti sonralar "qadın gülərsə, bəşəriyyət güləcək” kimi ifadəyə çevrilir. Qız uşağı məhz belə tərbiyə almalıdır, yalnız elm yarışı uğrunda mübarizə aparmalıdır. Çünki "bu günün qızı, sabahın anasıdır” ideyasını dilə gətirən Cavid qız uşaqlarının bu cür tərbiyə olunmasını irəli sürür. Eləcə də onun "Ana” pyesində türk anasının necə olması göstərilir. Burada misilsiz bir ana obrazı yaradılıb və dünya ədəbiyyatında bu qədər güclü ana obrazı ola bilməz. Cavid bu və digər məsələləri öz əsərlərində qlobal şəkildə qoyur. Onun əsərlərində insan və Tanrı, insan və cəmiyyət, vətəndaş və dövlət münasibətləri qoyulur və bütün bunlarda əsas ideya kimi insan nəzəriyyəsi göstərilir. Prezident İlham Əliyevin bir fikri var ki, qara qızıl kapitalını insan kapitalına çevirməliyik. Biz Cavidi oxumadan, onu təbliğ etmədən bunu necə edə bilərik? Məhz kamil insanın necə olmasını Cavid çox gözəl şəkildə göstərir”.

S.Vəliyeva vurğuladı ki, bir müddət əvvəl "Vətənə qayıdış” adlı bir layihə həyata keçirildi. Onun sözlərinə görə, bu layihə çərçivəsində Cavidin nəşinin Azərbaycan gətirilməsi ilə bağlı bütün proses bir kitab şəklində öz əksini tapdı: "Ulu öndər bilirdi ki, kimi Azərbaycan qaytarır. Məhz ümummilli lider Heydər Əliyev bu addımı ilə türkdilli xalqlara türk ideologiyasını qaytardı. Bu çox vacib məsələdir və zaman-zaman bu məsələlər üzərində dayanmalıyıq. Ulu öndər deyirdi ki, Cavidin yaradıcılığı tək bədii gücünə görə deyil, həm fəlsəfi, həm də ideoloji gücünə görə bizə lazımdır. Heydər Əliyev bunu deməklə, əslində türkçülüyü nəzərdə tuturdu. Ona görə də ulu öndər Hüseyn Cavidi vətənə qaytardı və hələ özünün sağlığında 120 illiyi ilə bağlı sərəncam imzaladı. Daha sonra prezident İlham Əliyev Cavidin 125, 130 və 135 illiyi ilə bağlı sərəncamlar verdi. Bütün bunlar Cavidin dövlətçiliyimizdə oynadığı rolu nəzərə alaraq irsinin təbliği üçün atılan addımlardır”.

AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev bildirdi ki, Cavid haqqında danışmaq həm tarix, həm də müasir dövr haqqında danışmaq deməkdir: "Biz bəzən ümumi sözlərimizlə deyirik ki, böyük sənətkarlar zaman və məkana sığmırlar. Cavidin bədii zamanı sonsuzdur. Hüseyn Cavid o mövzulara, zamanlara müraciət edir ki, həmin zamanlar bəşəriyyət tarixinin ən önəmli xarakterik zamanlarıdır. Götürək, İran və Turan haqqında "Səyavuş” əsərini. Doğrudur, Cavid Firdovsinin yazdığı kimi onları qarşılaşdırmır, əksinə, bütöv görmək istəyir. İkinci böyük zaman peyğəmbərin zamanıdır. İslam dininin bərqərar olması Məhəmməd peyğəmbərin adı ilə bağlıdır ki, Hüseyn Cavid o zamanı "Peyğəmbər” əsərində əks etdirir. Bəşəriyyətin üçüncü böyük zamanını Cavid "Xəyyam” əsəri ilə diqqətə gətirir. Yeni zaman isə Şərqdən Qərbə hərəkət edən və öz əbədiyyətini öz əli ilə yazan bir zamandır və bu, "Topal Teymur” əsəri ilə bərqərar oldu. Bir də həmişə bizim narahatlığımızın zamanı var, bolşevizm zamanı. Hüseyn Cavid "Knyaz” əsəri ilə o dövrün möhürünü vurdu. Cavid bu böyük zamanlar içərisində olan bir sənətkardır. Bu zamanların bədii təfəkkürə sığışdırılmasının nə qədər çətin olduğu indi hər kəsə bəlli olur. Çünki o dövrlərin hər biri haqqında yazmaq həmin dövrü bütün incəliklərinə qədər bilmək deməkdir. Ona görə də bu böyük zamanları Hüseyn Cavid ədəbiyyata gətirdi və bu möhtəşəmliyi ilə nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında özünə böyük heykəl qoydu”.

Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Babaxan Şərifov qeyd etdi ki, Hüseyn Cavid millətini sevən və bu yolda qurban olan bir şəxsiyyətdir: "Əsas ədalətdir, ədalət isə millətini sevməkdir. Məhz Hüseyn Cavid belə bir insan idi və onun əsərləri özbək oxucular tərəfindən çox sevilir”.

Tədbirin sonunda Türk Xalqlarının Ümumdünya Konqresi tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvləri Babaxan Şərifov və Atxambek Alimbekov, şairələr Şəhla Qasımova və Xasiyyət Rüstəmova, eləcə də Özbəkistandakı Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Samir Abbasov diplomla mükafatlandırıldı.

Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-
Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu