“Müsyö Jordan” Sergey Yurski vəfat etdi


“Müsyö Jordan” Sergey Yurski vəfat etdi


Rusiyanın xalq artisti, Azərbaycan tamaşaçılarının da yaxşı tanıdığı aktyor Sergey Yurski 83 yaşında vəfat edib.

Virtualaz.org “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, hələ dekabrın 24-də Yurski “daxili orqanların iltihabı” diaqnozu ilə Moskva xəstəxanalarının birinə çatdırılmışdı.

Azərbaycan tamaşaçıları Sergey Yurskini “Dərviş Parisi partladır” və “Qorxma, mən səninləyəm” filmlərindən yaxşı tanıyırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu