“Qanlı kaha” kitabının imza mərasimi keçirilib

Xəbərin çap versiyası
Tarix: 11-02-2019, 10:54    |    Xəbər oxunub: 705 dəfə
“Qanlı kaha” kitabının imza mərasimi keçirilib


Qarabağ müharibəsi zamanı elə hadisələr baş verib ki, nəinki ölkə ictimaiyyəti, hətta həmin bölgədə yaşayanlar da xəbərsiz olub. Belə hadisələrdən biri 1993-cü ildə Kəlbəcərin işğalı zamanı yaşanıb. Həmin vaxt rayonun ən böyük və ən ucqar kəndi olan Başlıbeldə sakinlərin bir hissəsi ermənilərin ətraf kəndləri mühasirəyə almasından gec xəbər tutublar. Kəndlə rayon mərkəzini birləşdirən tuneldən keçən yol kəsilib, mühasirədən xilas olmağa isə başqa yol qalmayıb...

Elxan Salahovun “Qanlı kaha” kitabı həmin hadisə zamanı dağlara çəkilərək kahalara sığınan və tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan dinc sakinlərin ağır və dözülməz mühasirə günləri, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar, vandalizm hərəkətləri, həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri əsasında qələmə alınıb. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə dolu həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir.

Muzey Mərkəzində kitabın imza günü ilə əlaqədar keçirilən tədbirdə bu barədə danışılıb.

Tədbirdə çıxış edən Başlıbel kəndinin ziyalıları Osman Mirzəyev, Fazil Əzizov, ehtiyatda olan polkovnik Balay Səlimov, mühasirə həyatının iştirakçısı Səlim Mehdiyev 1993-cü ildə baş verən bu hadisəni Qarabağ müharibəsinin ən az işıqlandırılan faciəli hadisələrindən biri olduğunu söyləyiblər. “Ulduz” jurnalının baş redaktor müavini Təranə Vahid, tanınmış jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Qurban Yaquboğlu, Qurban Təbiətoğlu və başqaları kitabda müəllifin həmin hadisələri canlı və gerçək bir şəkildə təsvir etdiyini bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Qabil Hüseynli:

Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”

Mixail Saakaşvili:

Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"

Hirkan Milli Parkında yanğın baş verib -

Hirkan Milli Parkında yanğın baş verib - ETSN/FOTO

“Sosial evlər” layihəsindən güzəştli mənzillərə:

“Sosial evlər” layihəsindən güzəştli mənzillərə: MİDA proqramı iflasa uğratdı - MÜSAHİBƏ

"Hərbi pilotun nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb" - RƏSMİ

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur