Tanınmış azərbaycanlı rejissor qəfildən dünyasını dəyişdi


Tanınmış azərbaycanlı rejissor qəfildən dünyasını dəyişdi


Sumqayıtda ölüm hadisəsi baş verib.

AFN ONA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyən şəhər sakini Rövşən Almuradlının qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.

Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

1954-cü il təvəllüdlü Rövşən Almuradlı rejissordur.

Allah rəhmət eləsin...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu