Nərgiz Cabbarlının kitablarının təqdimatı keçirilib

Xəbərin çap versiyası
Tarix: 13-04-2019, 10:52    |    Xəbər oxunub: 552 dəfə
Nərgiz Cabbarlının kitablarının təqdimatı keçirilib


Azərbaycan Yazıçılar Birliyində ədəbi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının müəllifi olduğu və tərcümə etdiyi 20 kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə millət vəkili Nizami Cəfərov, yazıçı-şairlər Qulu Ağsəs, İlqar Fəhmi, Şəmil Sadiq, Varis Yolçuyev, Rəşad Məcid, tənqidçi Vaqif Yusifli və başqaları iştirak ediblər. Təqdimatda çıxış edən Nizami Cəfərov N.Cabbarlının ədəbi fəaliyyəti barədə danışıb. O bildirib ki, N.Cabbarlı artıq sözü eşidilən ədəbiyyatçımızdır: "O, əlinə qələm alandan sanballı əsərlər yazıb. Onun bir cümləsindən bilmək olur ki, bunu Nərgiz Cabbarlı yazıb. N.Cabbarlı ilk növbədə ədəbiyyat tənqidçisidir. Bununla yanaşı, tərcümələrinin dili çox yaxşıdır. Adətən ədəbiyyatşünasların bədii əsərlərinin tərcüməsində bəzi problemlər olur, amma Nərgiz xanım yazıçının üslubunu mənimsəyə bilir. Bundan əlavə, onun uşaqlar üçün hazırladığı kitablar da çox əhəmiyyətlidir”.

Vaqif Bəhmənli isə bildirib ki, N.Cabbarlının üzərində çalışdığı 20 kitabın hər biri dəyərlidir: “Bu kitablar Azərbaycan ədəbiyyatı üçün çox faydalı nümunələrdir. Nərgiz xanım başqa tənqidçilərdən fərqli olaraq yazıçıya xeyli yaxındır. Həmişə onun yazılarında müəlliflə birgə özünü də duyuram. Nərgiz xanım ədəbiyyatımızı ev kimi göstərmək istəyən biridir. Yazılarında o səliqə-sahmanı həmişə qoruyur”.

N.Cabbarlı çıxışında bu təqdimatın hesabat xarakteri daşıdığını deyib: “Bu gün təqdim olunan 20 kitabdan 9-u müəllifi olduğum, 11-i isə tərcümə etdiyim kitabdır. Əvvəllər yaradıcılıqla məşğul olsam da, ilk kitabım 2006-cı ildə dərc olunub. Belə bir qərara gəldim ki, kitabların hamısının birgə təqdimatını keçirim. Bu, bir az da hesabat xarakteri daşıyır. İndiyə qədər nə yazmışam, nə işlər görmüşəmsə, bununla bağlı ədəbi ictimaiyyətə hesabat vermək istədim. Tərcümə etdiyim və müəllifi olduğum kitablarla yanaşı, redaktoru olduğum və tərtib etdiyim uşaq kitabları da burada sərgilənir. Bununla insanların diqqətini bu istiqamətə də yönəltmək istəyirəm. Çünki bizdə uşaq əsərlərinə, uşaqlarla bağlı nəşrlərə böyük ehtiyac var”.

Tədbirdə digər iştirakçılar da çıxış edərək, Nərgiz Cabbarlının yaradıcılığı haqqında fikirlər səsləndiriblər.

FƏXRİYYƏ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb-

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb- ekspert

"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Hüseyn Abdullayev məhkəmədə ağladı-

Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Bakıda müəllim şagirdi vuraraq hədələdi:

Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib-

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib- VİDEO+FOTOLAR

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur