"Aləmin Nəfəsi: Nəsimi" tamaşası beynəlxalq festivalda- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-04-2019, 12:36    |    Xəbər oxunub: 522 dəfə
"Aləmin Nəfəsi: Nəsimi" tamaşası beynəlxalq festivalda-


Türkiyədə keçirilən 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında Azərbarbaycan "Aləmin Nəfəsi: Nəsimi" tamaşası ilə təmsil olunacaq



Kayseri Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və İctimai işlər idarəsinin təşkilatçılığı ilə hər il Beynəlxalq Məktəblərarası Teatr Festivalı keçirilir. Artıq 14 ildir ki, təşkil edilən festivalda Azərbaycan şagirdləri də iştirak edir.
15 aprel-4 may tarixlərində baş tutacaq beynəxlalq teatr festivalında Azərbaycanı Türkiyənin Azərbaycandakı səfirliyi Mədəniyyət və Turizm müşavirliyinin dəstəyi ilə Azərbaycan Milli Konservatoriyası nəzdində olan İncəsənət Gimnaziyasının şagirləri təmsil edəcəklər. Onlar festivalda Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar "Aləmin Nəfəsi: Nəsimi" tamaşası ilə çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçı rəssamı Günay Mehdizadədir. Gimnaziyanın rəhbəri Aytən Əhmədova, Gimnaziyanın teatr bölümünün rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru Elnurə Vəliyeva və layihənin media rəhbəri "Kaspi" qəzetinin müxbiri, teatşünas Xəyalə Məmmədova da festivalda iştirak edəcəklər.

Tamaşada rolları Nəsimi - Vəliyev Aliulla, Aişə - Namazlı Fidan, Fatimə - Həsənzadə Almaz, Nəimi - Quluzadə Rufiz, dərviş - Salmanzadə Məhəmməd ifa edəcəklər. Lirik janrda hazırlanmış tamaşanın müddəti 25 dəqiqədir.

Qeyd edək ki, bir sıra ölkələrin də iştirak etdiyi festivalda Azərbaycan tamaşası aprelin 19-da nümayiş olunacaq. Festivalda iştirak edəcək nümayəndə heyəti bu gün səfərə yola düşüb.

"Aləmin Nəfəsi: Nəsimi" tamaşası beynəlxalq festivalda-
"Aləmin Nəfəsi: Nəsimi" tamaşası beynəlxalq festivalda-
"Aləmin Nəfəsi: Nəsimi" tamaşası beynəlxalq festivalda-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb-

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb- ekspert

"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Hüseyn Abdullayev məhkəmədə ağladı-

Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Bakıda müəllim şagirdi vuraraq hədələdi:

Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib-

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib- VİDEO+FOTOLAR

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur