Səhnə “Bizim Don Kixot”undur

Xəbərin çap versiyası
Tarix: 24-05-2019, 16:22    |    Xəbər oxunub: 544 dəfə
Səhnə “Bizim Don Kixot”undur


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərin səbirsizliklə gözlədiyi yeni səhnə əsərini tamaçıların ixtiyarına verəcək. Belə ki, iyunun ortalarında mərhum dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan “Bizim Don Kixot” tamaşasının premyerası keçiriləcək.



Müzkl kimi hazırlanan tragikomik tamaşanın səhnələşdirəni Rəhman Əlizadə, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.
10-dan artıq mahnı yazılan “Bizim Don Kixot”da (Sözlər Rəhman Əlizadə ) meyxana janrına da müraciət olunub.
Tamaşada baş rolu (Əhmədağa, Don Kixot) Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal oynayır. Sənətkarın 70 illik yubileyi münasibətilə ərsəyə gələn səhnə işində digər obrazları Kukla Teatrının aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Araz Həsənli, Adil Dəmirov ifa edirlər.
SSRİ-nin dağıldığı dönəmdə yazılan bu əsərdə müəllif imperiya insanının problemlərini önə çəkir, hədəf kimi kommunizm ideologiyasını göstərir. Əsərdəki mövcud problemlərə bəşəri kontekstdən yanaşmağa çalışan rejissor müasir dövrün bir sıra narahatlıqlarının da səhnə yozumunu verməyə çalışıb. Əsas faktor kimi insan, onun mənəvi dünyası, ətrafına münasibəti və təbii ki, firavan yaşamaq, sağlam cəmiyyət arzularını önə çəkib.
Quruluş müəllifi əsərdən fərqli olaraq tamaşanı gözlənilməz sonluq ilə bitirir. Belə ki, rejissor satira, fantasmaqoliya, halusinasiya, nağılvarilik, uydurma kimi hal-vəziyyətləri musiqinin ifadəsində tamaşaçıya çatdırmaqla Əhmədağanın acı sonunu “Don Kixotlar həmişə var və olacaq” kimi nikbin, mübariz bir sonluqla ifadə edir.
Birhissəli müzklın rejissoru Qurban Məsimov əsəri müasir gün ilə səsləşən tamaşa kimi hazırlamağa çalışdığını: “Özünütəsdiq problemi yaşayan, gerçəkliyin burulğanında faciəsini dərk etməyə qorxan Əhmədağanın Don Kixotlaşması özlüyündə maraqlıdır. Səhnə materialı alt qatdakı ideyaya inpuls üçün əvəzsizdir. Bununla Əhmədağa həqiqəti demək, cəmiyyətdəki əyriliklərə öz münasibətini bildirmək istəyir. Amma ətrafındakı xoşagəlməzliklərə etirazını özü kimi yox, Don Kixot olaraq bildirir. Düşünür ki, Əhmədağa olduğu halda onu kimsə qəbul etməz, dinləməz. Ona görə də maska taxmaq, obraza girmək istəyir və Don Kixota çevrilir. Axı o da yalana, ədalətsizliyə, haqsızlıqğa qarşı vuruşurdu. Bu mənada tamaşa Əhmədağanın mübarizəsidir. Təbii ki, Donkixot maskası ilə”.
Onu da qeyd edək ki, böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərində kukla oyunu ilə canlı planda aktyor ifasının maraqlı sintezinə nail olunub.

Səhnə “Bizim Don Kixot”undur
Səhnə “Bizim Don Kixot”undur
Səhnə “Bizim Don Kixot”undur
Səhnə “Bizim Don Kixot”undur
Səhnə “Bizim Don Kixot”undur
Səhnə “Bizim Don Kixot”undur





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zakir Həsənov:

Zakir Həsənov: "Düşmən təxribatlarının qarşısı adekvat tədbirlərlə alınmalıdır"

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı-

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı- Azərbaycanda dəhşətli hadisə

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Sabiq nazir mülk davasına başladı -

Sabiq nazir mülk davasına başladı - Şirkəti və dövlət qurumunu məhkəməyə verdi

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır-

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır- Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Elçibəyin xanımının cənazəsi Kələkidədir

Elçibəyin xanımının cənazəsi Kələkidədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur