Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək

Xəbərin çap versiyası
Tarix: 25-05-2019, 00:24    |    Xəbər oxunub: 619 dəfə
Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək


“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin, "Birgə və Sağlam" İctimai Birliyinin və "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə mayın 31-də autizm sindromlu uşaqların ölkəmizdə ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək.

AFN xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək festivalda autizimli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdirəcəklər. Rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə çıxışlar ilə zəngin olacaq festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də bacarıqlarını göstərəcəklər.

Autizmli uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazirlanan kolleksiyani təqdim edəcəklər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirəcək.

Festivalda qardaş ölkə Türkiyədən də istedadlı autizmli uşaqlar iştirak edəcək və İzmir Autizm Orkestri - İZOT xor qrupu maraqlı proqramla cıxış edəcək.

Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyır. Tədbir ərzində qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər, sosial çarx, klip göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların festivalda özlərini bizlərdən biri hiss etmələri üçün onlarla həmyaşıd olan normal inkişaf edən uşaqların da bəzi nömrələrdə birlikdə çıxış etmələrinə şərait yaradılacaq. Bununla cəmiyyətdə inkluiziv düşüncə tərzinin artmasına da təkan verilmiş olac.
Tədbir autizmli uşaqlara həsr olunan, musiqisi Əməkdar artist Tünzalə Ağayevaya, sözləri Murad Arifə məxsus "Fərqliyəm" mahnısının sədaları altında Dövlət Pantamima Teatrının aktyorlarının iştirakı ilə təqdim olunacaq “Autizm-fərqli və bizdən biri” flaşmobu ilə başa catacaq.

Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək
Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək
Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək
Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur