Almaniyada "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" sədaları ucaldıldı FOTOLAR


Almaniyada "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" sədaları ucaldıldı


Mayın 25- də Almaniyanın Mönxengladbax şəhərində hazırda orda yaşayan jurnalist TünzaləRafiqqızı və xanəndə Vüsalə Musayevanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

AFN xəbər verir ki, Türkiyə, Rusiya və İranın icma nümayəndələrinin də qatıldığı tədbir böyük coşğu və ruh yüksəkliyi ilə qarşılanıb.

Gecədə istedadlı musiqiçilər Müşviqbəy, Vahid bəy və Validə xanımın müşayiəti ilə konsert proqamı təqdim edilib. Rəqqasə Ülkər Məsimovanın ifasında milli rəqslərimiz təqdim olunub.
Azərbaycan musiqisi ilə yanaşı, iştirakçıların milli mənsubiyyətinə uyğun olaraq türk, italyan, fars, rus müsiqilərindən də nümünələr səsləndirən Vüsalə Musayevanın çıxışı isə xüsusi coşğu ilə qarşılanıb. Eyni zamanda milli ornomentlərlə bəzədilmiş salon qonaqların diqqətini cəlb edib.

Daha sonra Mönxengladbax şəhər xorunun rəhbəri kimi təqdim olunan Azər Hoca və dostlarının ifasında türk musiqisindən nümünələr səsləndirilib.

Tədbir "Yaşa, yaşa, min yaşa, ey şanlı Azərbaycan" şüarı ilə yekunlaşıb.

Almaniyada "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" sədaları ucaldıldı
Almaniyada "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" sədaları ucaldıldı
Almaniyada "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" sədaları ucaldıldı
Almaniyada "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" sədaları ucaldıldı
Almaniyada "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" sədaları ucaldıldı
Almaniyada "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" sədaları ucaldıldı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu