Xalq artisti azyaşlı tələbəsilə duet oxudu - VİDEO+FOTOLAR


Xalq artisti azyaşlı tələbəsilə duet oxudu -


Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın rəhbərlik etdiyi musiqi məktəbinin tələbələri konsert proqramı ilə çıxış edib.



Yenicag.az xəbər verir ki, Vokal Musiqi Məktəbinin “Səslərinə səs verək” fiziki məhdudiyyəti olan və olmayan uşaqlar bir səhnədə!” adlı konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində olan kamera və orqan musiqi zalında baş tutub.

Konsertin aparıcısı Lətafət Ələkbərova konsertin 1 iyun uşaq gününə həsr olunduğunu bildirib.

Konsertdə maraqlı anlar yaşanıb. Fidan Hacıyeva tələbəsi ilə birgə “Arşın mal alan” operettasından bir partiyanı ifa ediblər. Onların dueti alqışlarla müşayiət olunub.

Qeyd edək ki, 2016-cı il mayın 1-də açılışı olmuş “Fidan Hacıyeva Musiqi Mərkəzi” sonradan rəsmi dövlət qeydiyyatından keçərək “Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi” statusunu alıb.



Xalq artisti azyaşlı tələbəsilə duet oxudu -
Xalq artisti azyaşlı tələbəsilə duet oxudu -
Xalq artisti azyaşlı tələbəsilə duet oxudu -
Xalq artisti azyaşlı tələbəsilə duet oxudu -
Xalq artisti azyaşlı tələbəsilə duet oxudu -
Xalq artisti azyaşlı tələbəsilə duet oxudu -
Xalq artisti azyaşlı tələbəsilə duet oxudu -


Cəvahir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu