Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çap olunub

Xəbərin çap versiyası
Tarix: 18-06-2019, 20:03    |    Xəbər oxunub: 549 dəfə
Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çap olunub


Azərbaycanda publisistik yazıları ilə daha çox tanınan yazıçı Orxan Aras görkəmli Azərbaycan şairi və publisisti Tofiq Abdin haqqında Türkiyədə kitab nəşr etdirib.

AFN xəbər verir ki, “Pem” nəşriyyatında çıxan kitabda qısa şəkildə Tofiq Abdinin həyatı, yaradıcılığı nəzərdən keçirilib, şeirləri və müsahibəsi verilib, yazıçının ölümündən sonra ölkəmizin tanınmış ziyalıları tərəfindən yazılmış xatirə yazıları yer alıb.
Kitabın müəllifi Orxan Aras “Bu dünyadan sən də keçdin, Tofiq Abdin” kitabının hazırlanması ilə bağlı əməkdaşımıza belə deyib: “Türkiyə türkləri Tofiq abiyə çox şey borcludurlar. Onun sevgisi və vəfasına bu kiçik kitabla az da olsa, qarşılıq vermək istədim. O, azərbaycanlı bir jurnalist və şairdi, amma ürəyi Türkiyə üçün də atardı.
İnsan olaraq da saf, səmimi, vəfalı, sevimli, zarafatcıl bir insan idi. Azərbaycan jurnalistikasında bir idol idi. Özünəməxsus üslubu və yazı tərzi vardı. Gənc jurnalistlər onu özünə ustad bilərdilər. Hər kəs ona “abi” deyər, onunla dost olmaqdan qürur duyardı. Cəsur, açıq sözlü, mübahisə etməkdən, öz həqiqətini söyləməkdən əsla çəkinməyən bir xarakteri vardı. Bu xüsusiyyətlərinə görə ona yuxarıdan aşağı baxanlar belə yeri gələndə Abidən çəkinər, uzaq durardılar. Bəlkə elə buna görə çox mütəvazi və sadə bir həyat yaşadı.
Türkiyəyə xüsusi maraq və sevgisi vardı. Altı il İstanbulda qalmış, içindəki küskünlükləri, üsyanları Türkiyə eşqi ilə “Ah, İstanbul, İstanbul” adlı kitabda ölümsüzləşdirmişdi.
Mən də onu ustam, ustadım olaraq bilirdim. Qəzet jurnalistikası sahəsində ondan çox şey öyrəndim. Hər Azərbaycana getdiyimdə məni axtarar, soruşar, yanımdan ayrılmazdı.
Bu kitab ölümünə sevdiyi Türkiyə türkləri üçün də onunla bir tanışlıq vəsiləsi olsun, istədim. Dostlarının xatirələrini oxuduqca Azərbaycan və Türkiyənin necə bir yazıçı, şair, jurnalist itirdiyini dərindən hiss edəcəksiniz”.
Kitabda Fəthi Gədiklinin, Abdülhamit Avşarın, Anarın, Azər Abdullanın, Aqil Abbasın, Akif Qəhrəmanlının, Əbülfət Mədətoğlunun, Elçin İskəndərzadənin, Əlisəmid Kürün, Fəxri Uğurlunun, Qalib Toğrulun, Xanəmir Telmanoğlunun, Kənan Hacının, Məzahir Əhmədoğlunun, Nemət Veysəllinin, Nəriman Əbdülrəhmanlının, Rəşad Məcidin, Sabir Rüstəmxanlının, Saday Budaqlının, Sevinc Mürvətqızının, Şakir Yaqubovun, Tofiq Hüseynlinin, Yusif Rzayevin və Cavid Zeynallının Tofiq Abdininin xatirəsinə həsr etdikləri yazıları yer alıb.
Bu həftənin sonu Bakıda müəllifin iştirakı ilə kitabın təqdimatı gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur