Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub


Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub


Azərbaycan Yazıçılar Birliyi Abşeron və Xəzər bölmələrinin üzvü Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” kitabı çap olunub.



Kitabda şairin qəzəl, qəsidə və müxtəlif janrlarda yazdığı şeirlər yer almaqdadır. Qeyd edək ki, şairin ilk kitabıdır. Qarşıda şairin yeni kitablarının çap olunacağı gözlənilir.
Tağıyev Zülfüqar (Həbibi) Həbib oğlu 23.03.1963-cü ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. Orta təhsilini Basqalda və Bakı 5 saylı kimya-biologiya təmayüllü məktəbdə alıb. Orta təhsilini tamamladıqdan sonra Bakı Kooperativ Texnikomuna qəbul olub və oranı qırmızı diplomla bitirib. Ali təhsilini Poltava Kooperativ İnstitutunun Bakı filialında, ikinci ali təhsilini isə Moskva Əmək və Sosial İqtisadi Münasibətlər Akademiyasında alıb. Azərbaycan Yazıçılar Birliyi Abşeron və Xəzər bölmələrinin üzvüdür.
Yeniyetmə çağlarında fəlsəfə və psixologiyaya maraq göstərib, sonradan şeiriyyata, xüsusilə qəzəliyyata böyük sevgisindən, ədəbiyyatın bu sahəsi ilə məşğul olmağa başlayıb. Xüsusilə, heca vəznli və sərbəst şeirlər də yazır. Şeirlərində fəlsəfə, məntiqlə yanaşı, irfani dəyərlər də əks etmədədir. Əsasən əruz vəznli yaradıcılığa üstünlük verir.

Elnur Eltürk

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu