Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 25-06-2019, 19:48    |    Xəbər oxunub: 539 dəfə
Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb


İyunun 25-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev VII Muğam Televiziya Müsabiqəsinin əslən Laçın, Zəngilan və Xocalı rayonlarından olan qalibləri ilə görüşüb.



Dövlət Komitəsinin sədri gənc xanəndələri respublikamızda və onun hüdudlarından kənarda çox populyar olan ənənəvi müsabiqədə uğur qazanmaları münasibətilə təbrik edib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən bu möhtəşəm sənət yarışması muğam ifaçılığının inkişafında və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Müsabiqənin təşəbbüsçüsü və ilhamvericisi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva xalqımızın ən böyük sərvətlərindən biri olan muğam sənətinə xüsusi diqqət və qayğı göstərir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə UNESCO-nun mədəni irs siyahısına daxil edilən Azərbaycan xalq sənət nümunələrindən biri də muğamdır. Diqqətə çatdırılıb ki, televiziya muğam müsabiqələri yeni nəsil muğam ifaçılarının, o cümlədən məcburi köçkün ailələrdən olan istedadlı yeniyetmələrin və gənclərin aşkara çıxarılmasına, böyük sənətə vəsiqə almasına şərait yaradır.

Gənc xanəndələr – Xəyal Hüseynov, Murad Rüstəmzadə (Laçın), Zülfiyyə Cəbrayılzadə (Zəngilan), Faiq Əkbərov (Xocalı) ölkəmizdə muğam sənətinə, bu sənəti seçən ifaçılara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə dövlətimizin başçısının hərtərəfli qayğısından onların da ailələrinə pay düşdüyünü qeyd edib, eyni zamanda, ata-baba torpaqlarının tezliklə işğaldan azad olunacağına inandıqlarını söyləyiblər.

Dövlət Komitəsinin sədri gənc xanəndələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara xalqımızın və dövlətimizin etimadını hər zaman doğrultmağı tövsiyə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur