4- cü Bakı VEGAN BOOM-u baş tutdu VİDEO+FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 30-07-2019, 11:26    |    Xəbər oxunub: 541 dəfə
4- cü Bakı VEGAN BOOM-u baş tutdu


Dünya mətbəxində trend sayılan VEGAN BOOM-un artıq 4- ildir ki, Bakı ənənəsi də formalaşıb.



Sağlam həyat tərzi layihəsinin ideya müəllifi və baş təşkilatçısı Boomerang Label şirkətinin dəstəyi ilə təşkil olunan Bakı VEGAN BOOM-ları hər dəfə bir-birindən fərqlənir.



Elə 4- cü VEGAN BOOM da vegeterian mətbəxini sevənlərə ayrı bir abu-havada təqdim olundu.

4- cü Bakı VEGAN BOOM-u baş tutdu


İlk dəfə Bakı VEGAN-BOOM-u açıq havada əsl piknik şousuna çevrildi. 150 nəfərin iştirak etdiyi piknik şouda Ukraynadan dəvət olunmuş məşhur veqan aşpazı Konstantin Stolyarov “Zeytun bağları” yağlarından istifadə edərək, dadlı vegeterian yeməkləri bişirib, qonaqlara təqdim etdi. İştirakçılar xüsusi hazırlanmış furşet masasında sağlam vegeterian təamlarının dadına baxaraq, zeytun yağının faydası haqqında məlumatlandırıldılar.

4- cü Bakı VEGAN BOOM-u baş tutdu


Konstantin bildirdi ki, vegan yeməklərinin ölkəmizdə istehsal edilən “Zeytun Bağları” yağları ilə hazırlanması təsadüfi deyil. Onun sözlərinə görə, yerli istehsal olan bu yağlar qatqısız və sağlam qidalanan insanlar üçün uğurlu seçimdir. Ona görə də, ukraynalı aşpaz yeməklərini məhz bu yağlarla hazırlamağa üstünlük verir.

4- cü Bakı VEGAN BOOM-u baş tutdu


3 dəfə qidalanma ilə baş tutan Bakı VEGAN BOOM-unda bu günə qədər bəlli olmayan vegeterian yeməklərinin hazırlanma qaydaları da öyrədildi. Məşhur aşpaz Konstantin Stolyarov qonaqlara səhər yeməyində kokos südündə, giləmeyvəli “çia” sıyığının, fındıqlı biskivitin hazırlanma qaydasını öyrətdi.

4- cü Bakı VEGAN BOOM-u baş tutdu


Konstantinin nahar üçün hazırladığı pomidor souslu düyü, mərci pətəsi, ədvalı noxud insanı gün ərzində tox tutmağa hesablanıb.

VEGAN BOOM-un ən təəccüblü və yadda qalan yeməyi isə vegan ət kababı oldu. Şam yeməyində təqdim olunan vegan ət kababı və sorvetlər damaqlara xüsusi dad qatdı. Dondurma deserti isə əvəzolunmaz dad bəxş etdi.

4- cü Bakı VEGAN BOOM-u baş tutdu


Yemək reseptləri ilə yanaşı qonaqlar, həm də peşəkar kouç biznes təlimçi – Elçin Əzimlinin maraqlı və faydalı “Həyat balansını necə qurmalı” seminarına qatılmaq imkanı qazandı.

4- cü Bakı VEGAN BOOM-u baş tutdu


Bu barədə iştirakçılara faydalı məlumat verən Elçin Əzimlinin “DAN ULDUZU” romanının təqdimatı və imza mərasimi də keçirildi. Qonaqlara kitab hədiyyə edildi.

4-cü VEGAN BOOM-un bu dəfə təşkil olunduğu məkan da fərqli idi. Dreamland Golf Club-da baş tutan tədbirə iştirakçıların gediş-gəlişi də pulsuz təşkil olunmuşdu. 4-cü Bakı VEGAN BOOM-u xüsusi çalarlarla yadda qaldı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur