Qənirə Paşayevanın təşəbbüsü ilə Tovuzda Yunus Oğuzun tarixi romanlarının təqdimatı və imza mərasimi keçirilib - VİDEO+FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 6-08-2019, 11:31    |    Xəbər oxunub: 547 dəfə
Qənirə Paşayevanın təşəbbüsü ilə Tovuzda Yunus Oğuzun tarixi romanlarının təqdimatı və imza mərasimi keçirilib -

Tovuz şəhəri Puşkin adına orta məktəbdə millət vəkili Qənirə Paşayevanın təşəbbüsü, millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, Tovuz rayon icra hakimiyyətini, Tovuz rayon təhsil şöbəsinin təşilatçılığı ilə yazıçı-publisist Yunus Oğuzun oxucularla görüşü kecirilib.

Görüşdə şəhər ictimaiyyəti, kitabsevərlər və rayonun kəndlərindən müxtəlif məktəblərin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Görüşü giriş sözü ilə millət vəkili Qənirə Paşayeva açdı və hər bir azərbaycanlının tariximizi öyrənməsinin vacibliyi ətrafında geniş fikirlərini söylədi. Millət vəkili Q.Paşayeva məruzəsində Azərbaycan tarixi, vətənpərvərlik mövzularında Yunus Oğuzun kitablarının əsl mövqeyini və vacibliyini açıqladı. Millət vəkili Q.Paşayeva bu kitablarda tariximizin, milli və mənəvi dəyərlərimizin təbliğinin neçə aparılmasından danışdı. Daha sonra Yunus Oğuz Qənirə Paşayevanın çıxışını davam etdirərək "Tarix nədir və nə üçün bilməliyik?" mövzusunda məruzə etdi. Sonra yazıçı tədbir iştirakcılarının çoxsaylı suallarına cavab verdi və 160-dan çox kitab Tovuz ictimaiyyətinə və şagirdlərə imza ilə paylanıldı. Tədbir özəlliklə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə rayon icra hakmiyyətinin və təhsil şöbəsinin rəsmiləri, bir çox məktəblərin müəllimləri də iştirak ediblər və onlar bu tədbirin böyüyən gənc nəsillərimiz üçün vacibliyini xüsusi vurğulayaraq yazıçı-publisist Yunus Oğuza və millət vəkili Q.Paşayevaya təşəkkürlərini bildiriblər. Tədbirdən sonra Tovuz rayon icra hakimiyyətinin rəhbərliyi, Tovuz rayon təhsil şöbəsi və bir sıra məktəblərin fəal müəllimləri ilə fikir mübadiləsi olub və bu cür tədbirlərin, gənclərlə kitablar ətrafında görüş və müzakirələrin artmasının vacibliyi bir daha vurğulanıb.

Tədbirin video linkini burdan izləyə bilərsiniz.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur