XI Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşdı

Xəbərin çap versiyası
Tarix: 6-08-2019, 13:55    |    Xəbər oxunub: 542 dəfə
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşdı


11 il ərzində müxtəlif musiqi çalarlarının Azərbaycanda təbliği dövrünü yaşadan və musiqi sevənlərin qəlbində xüsusi yer tutan Qəbələ Beynəlxalq Musiqi Festivalı bu ildə sonuncu konsertini keçirib. 11 ölkədən 200 nəfərdən artıq musiqiçinin iştirakı ilə baş tutmuş konsertlər silsiləsində Azərbaycanın müxtəlif bölgələrindən və xaricdən gəlmiş çoxsaylı musiqi həvəskarları canlı ifaları dinləməyə imkan əldə ediblər. Bu musiqinin özəlliyi tək canlı ifa ilə kifayətlənmir, bununla yanaşı onun nəcibliyi və zənginliyi dinləyicilərin ürəklərinə yol tapa bilir. Milli və beynəlxalq klassik musiqi irsinin bir sıra maraqlı nümunələri XI Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramında yer almışdır.



Builki Festival Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən Azərbaycana dəvət almış dünyada tanınmış dirijorların, görkəmli musiqiçilərin, simfonik və kamera orkestrlərin, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışları ilə yadda qalıb.

Avqustun 5-də Qəbələ Mədəniyyət Mərkəzində Festivalın yekun konserti keçirilib. Bağlanış mərasimində “Kiyev virtuozları” simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı, İtaliyalı musiqiçi Alvize Kazellatinin dirijorluğu ilə C.Verdinin, C.Rossininin, P.Sorozabalın, Ş.Qunenin, E.Kornqoldun, C.Puççininin əsərləri dinləyicilərə təqdim edilib. Festivala Rusiya, Litva və Özbəkistandan dəvət almış solistlər Mariya Buynosova, Modestas Sedleviçius və Umid İsrailovun müxtəlif səs diapazonları ilə seçilən ifaları tamaşaçılara xüsusi zövq yaşadıb. Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Travita” operasından “Brindisi” hissəsini ifa ediblər.

Xatırladan ki, altı gün davam edən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”-in təşkilatçılığı ilə keçirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur