Vasim Məmmədəliyev vəfat edib


Vasim Məmmədəliyev vəfat edib


Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.



Bu barədə "Report"a onun yaxınları xəbər veriblər.

Yaxınlarının sözlərinə görə, V.Məmmədəliyev oktyabrın 13-də, axşam saatlarında dünyasını dəyişib.

V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 154 elmi əsərin, o cümlədən 21 monoqrafiyanın, dərsliyin, tərcümənin, 132 elmi məqalənin müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.

V.Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.

V.Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif edilən V.Məmmədəliyev BDU-da həm də İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu