Azərpaşadan Afaq Bəşirqızının boykot və ittihamlarına cavab: "Onun ittihamları məni maraqlandırmır"


Azərpaşadan Afaq Bəşirqızının boykot və ittihamlarına cavab:


Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının hazırki sədri Azərpaşa Nemətov xalq artisti Afaq Bəşirqızının boykot məsələsinə münasibət bildirib.



Musavat.com-a danışan xalq artisti qeyd edib: "İttifaq Sovet dövründə qurultay keçirib. Lakin müstəqillik dövründən başlayaraq qurultay konfrans şəklində keçirilməyə başlayıb.

Afaq Bəşirqızınım bütün ittihamları böhtandır. Eləcə də Akademik Milli Dram Teatrının 100 illiyi ilə bağlı səsləndirdiyi fikirlər də savadsızlıqdan irəli gəlir. Açın, tarixi oxuyun, görəcəksiniz ki, teatrın tarixi nə zamandan başlayıb.

Afaq Bəşirqızı konfransı boykot edib? Xəbərim yoxdur. Ümumiyyətlə onun ittihamları məni maraqlandırmır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu