Xalq artisti Prezidentə təşəkkür etdi: “Onun nəzərindən qaçmamışam"


Xalq artisti Prezidentə təşəkkür etdi:


"Prezidentə təşəkkür edirəm ki, onun nəzərindən qaçmamışam”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Niyaməddin Musayev Prezident İlham Əliyevin onu 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncamdan danışarkən deyib.

Sənətçi bu xəbəri ona oğlunun verdiyini deyib:

"Sevindirici gündür ki, Prezident bu gün məni mükafatlandırdı. Ona can sağlığı arzulayıram. Bu xəbəri mənə oğlum verdi. Karantin olduğundan evdəyəm. Oğluma dedim ki, bu xəbərlə məni çox sevindirdin”.

Qeyd edək ki, Prezident İlham Əliyev Xalq artisti Niyaməddin Musayevin 80 illik yubileyi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncama əsasən, sənətçi Azərbaycan estrada sənətinin inkişafında xidmətlərinə görə, 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu