Baloğlan Əşrəfov: “Teymur əminin ölümü pis vaxta düşdü”


Baloğlan Əşrəfov:


"Teymur Mustafayevin nəşini saat 7-də Bakıdan çıxarıblar”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov mərhum Xalq artisti Teymur Mustafayevdən danışarkən deyib. Onun sözlərinə görə, məlum səbəbdən Teymur Mustafayevin dəfninə qatıla bilməyib:

"Koronavirusa görə rayonlara gediş-gəliş yoxdur. Bu üzdən dəfn mərasiminə qatıla bilmədik. Çox heyif... Onun qohumları da çoxdur, dedilər, az adam olmalıdır. Pis vaxta düşdü. Allah onun ruhunu şad eləsin. Teymur əmi xəstə yatmadı, tez-bazar ölüm olub. Ağciyərində problem yaranıb, həkim də ona kömək edə bilməyib”.

Qeyd edək ki, Xalq artisti Teymur Mustafayev 82 yaşında dünyasını dəyişib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu