Ayan Babakişiyeva intihara cəhd etdi - VİDEO


Ayan Babakişiyeva intihara cəhd etdi -


Müğənni Ayan Babakişiyeva bir müddət əvvəl intihara cəhd etdiyini etiraf edib.

AFN
xəbər verir ki, ifaçı "ATV maqazin onlarla" proqramının "33 sual" rubrikasında sualları cavablandırarkən bu barədə danışıb:

Ayan ən çətin anda canına qəsd etməyə çalışdığını deyib:

"Həyatıma özüm qəsd etməyə çalışmışam. Sosial şəbəkədə ən çox sevdiyim şərh: güclü qadın. Amma insan güclü qadın olmaqdan bezir və xoşbəxt olmaq istəyir. Xəyallar qurursan, nağıllara inanırsan. Xəyalların puç olur, küncə sıxılırsan və öz varlığından, kölgəndən qorxursan. Gücün çatmır, canına qəsd edirsən. Bir səs eşidirsən, öz canından bir parça... O var və nəfəs alır. Bu, yanlış bir qərardır. Bizə bu canı Allah bəxş edib. Kimik ki, ona qəsd edək. Özünü toparlamalısan. Mənim üçün heç kimin fikri önəmli deyil. Kim haqqımda hansı şərhi verir umrumda deyil, əsas övladımın xoşbəxtliyidir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu