Əməkdar artist dünyasını dəyişdi


Əməkdar artist dünyasını dəyişdi


Əməkdar artist Tofiq Hüseynov dünyasını dəyişib.



Bu barədə məlumatı Akademik Milli Dram Teatrı paylaşıb. Qeyd olunub ki, aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib.

Teatr səhnəsində Rza bəy ("O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl ("Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov ("Adamın adamı”,Anar),Hacı Namazalı ("Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü ("Cücələrim” T.Mütəlibbov),Cəbi ("Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy "Medeya”),Vəzir Zəban (O.Altunbay "Tomris”) obrazlarını yaradıb.

2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.

2009-cu ildə Əməkdar artist fəxri adına layiq görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu