Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edildi


Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edildi


Millət vəkili Qənirə Paşayevanın “Səndən sonra” şeirlər və esselər kitabı Təbrizdə, ərəb qrafikalı əlifba ilə nəşr edilib. Bugünlərdə “Yaşar qələm” nəşriyyatında gün üzü görən kitabı tanınmış şair ÇALĞIN nəşrə hazırlayıb.



“Bu mənimçün xoş sürpriz oldu. Doğma Təbrizdə kitabı çıxmaq hər bir yazarımız üçün əlamətdar və arzulanan hadisədir. Əməyi keçən hər kəsə, özəlliklə, Çalğın bəyə, “Yaşar qələm” nəşriyyatının başçısı Xosrov Barışana təşəkkür edirəm!” – Xanım Paşayeva Təbrizdən aldığı xoş xəbərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, oxucular tərəfindən maraqla qarşılanan bu əsər, müəllifin tirlogiya təşkil edən “Məndən sonra”, “Səndən sonra” və “O” kitablarından biri olub, dünya, insan, sevgi, eşq, hadisələr üzərinə yazılmış şeirlər və esselərdən ibarətdir. Kitab ilk dəfə 2014-cü ildə Bakıda, “Elm və Təhsil” nəşriyyatında çıxıb.
Qənirə Paşayevanın bundan öncəki illərdə, qardaş Türkiyə və Özbəkistanda da kitabları gün üzü görüb.

Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edildi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu