Mehriban Ələkbərzadə xəstəxanaya yerləşdirilib: “Nəfəs ala bilmirəm”


"İnsanlara tövsiyəm odur ki, maksimum dərəcədə özlərini qorusunlar, maskasız çölə çıxmasınlar”.



Bu sözləri koronavirusa yoluxan Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə Kulis.az -a açıqlamasında deyib. O, qeyd edib ki, bir neçə gün ev şəraitində müalicə alsa da heç bir xeyri olmayıb. Hazırda xəstəxanada müalicəsini davam etdirən rejissor nəfəs almaqda çətinlik çəkdiyini bildirib:

"Havam heç cür çatmır. Nəfəs ala bilmirəm. Beynimə kislaroduoksigen almalıyam. İnsanin canı möhkəm ağrıyanda, dünya rəngini dəyişir. Insanlara tövsiyəm odur ki, maksimum dərəcədə özlərini qorusunlar. Maskasız çölə çıxmaq olmaz. Yaxın məsafədən qaçsınlar. Xəstəliyi yüngül keçirənlərə baxıb ehtiyatı əldən buraxmasınlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu