AFN.AZ / Vaqif Mustafayevə Milli Kino Mükafatı verilib

Vaqif Mustafayevə Milli Kino Mükafatı verilib



Kinorejissor Vaqif Mustafayevə Milli Kino Mükafatı verilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən virtualaz.org-a verilən xəbərə görə, 2 Avqust - Milli Kino Günü ilə əlaqədar olaraq, Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq artisti, kinorejissor Vaqif Behbud oğlu Mustafayev Milli Kino Mükafatına (2000 manat) layiq görülüb.

Qeyd edək ki, “Milli Kino Mükafatı” 2 Avqust - Milli Kino Günü ilə bağlı olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirində təqdim ediləcək.
31-07-2017, 13:32
Geri qayıt