AFN.AZ / Türkiyənin “Eurovision”da iştirakı ilə bağlı son qərar

Türkiyənin “Eurovision”da iştirakı ilə bağlı son qərar



Bir neçə gün öncə Türkiyənin 2018-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirak edəcəyi iddia edilmişdi.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı son qərarı Baş nazirin müavini Bəkir Bozdağ açıqlayıb.

Bozdağ Türkiyənin yarışmadan iştirak etməyəcəyini söyləyib.

Qeyd edək ki, Türkiyə sözügedən müsabiqədə sonuncu dəfə 2012-ci ildə iştirak edib.
7-08-2017, 18:47
Geri qayıt