AFN.AZ / Ədəbiyyat üzrə Nobel mükafatı:

Ədəbiyyat üzrə Nobel mükafatı:

Ədəbiyyat üzrə Nobel mükafatı:


İsveç Akademiyasının verdiyi məlumata görə, Nobel Mükafatı təyin olunmasının qaydaları aşağıdakılardır. Nobel Mükafatına hələ ümumiyyətlə layiq görülmək və nominasiya (namizəd) olunmaq məsələsi həmin sahədə bir səlahiyyətli şəxs tərəfindən önərilməlidir.

AFN ədəbiyyat üzrə mükafatın verilmə qaydalarını təqdim edir. Qeyd edək ki, materialı Səadət Kərimi dilimizə çevirib.

• İsveç Akademiyasının üzvləri və digər bənzər fəaliyyət göstərən akademiyalar, qurumlar və təşkilatlar,
• Universitet və kolleclərin ədəbiyyat və linqvistika fənləri üzrə professorları,
• Öncəki illərin ədəbiyyat üzrə Nobel Mükafatı laureatları,
• Hər ölkədə onun bədii yaradıcılığını təmsil edən yazıçılar ittifaqının sədri.
Bunlardan başqa kateqoriyalara aid olan şəxslərin təklifləri nəzərə alınmır. Həmçinin özünü namizəd kimi təklif etmək mümkün deyil, yəni Nobel mükafatına ərizə verilə bilməz.
Namizədlər üçün təkliflərə baxılması üçün bu təkliflər cari ilin 1 fevral tarixinə qədər gəlməlidir. Təklifdə (lakin mütləq deyil) onun nədən irəli sürülməsinin səbəbi motivasiya olunmalıdır, izah edilməlidir. Təqdim olunan təkliflər tam məxfilik qaydasına tabedir.
Nobel işində yardımçı olaraq İsveç Akademiyası üç il müddətinə seçilən 4-5 Akademiya üzvündən ibarət Nobel Komitəsi yaratmışdır. Komitənin vəzifəsi gələn təklifləri qeydiyyata almaq, onları tərtib etmək, sonra onlar üzərində müxtəlif araşdırmalar aparmaq və sonunçlara etibarən Akademiyanın qərar almasına dair müzakirələr üçün rekomendasiya hazırlayıb təqdim etməkdir.
Gələn ilin mükafatı üçün namizədləri təklif etmə işini stimullaşdırmaq üçün Nobel Komitəsi hər payız yuxarıda adı çəkilən səlahiyyətli qruplar daxilində 600-700 ünvana (şəxslər və ya təşkilatlara) dəvət məktubları göndərir.
Hər il yaxlaşıq 350 önəri gəlir. Çox vaxt müxtəlif yerlərdən gələn təklif məktublarında eyni adlar görünür və təklif olunan namizədlərin sayı hər il 200 civarında olur. Bir nominasiyanın etibarlı və həqiqi olması üçün o, hər il yenilənməlidir. Elə olur ki eyni namizədin adı ildən ilə mükafat alınana qədər təkrar təklif olunur, ya da təklif verənlər ümidini itirənə qədər ya da elə də olub ki o namizəd artıq dünyasını dəyişmiş olur.

Bir təklif gəldiyində Nobel Komitəsinin ilk tədbiri gələn təklifin səlahiyyətli şəxsdən və ya təşkilatdan gəlməsini yoxlamaqdır. Əgər belə deyilsə, o təklif bir kənara qoyulur və nəzərə alınmayır. Təsdiq olunmuş təkliflər isə fevral ayının əvvəlində Akademiyaya təqdim ediləcək siyahıya daxil edilir. Akademiya təklifi qəbul etdikdən sonra Nobel Komitəsi təkliflərlə apardığı iş prosesini davam etdirir.
Təkliflər siyahısında olan adların çoxu erkən mərhələdə aradan qaldırılır. Bunun müxtəlif səbəbləri ola bilər. Təklif olunmuşlardan bəziləri ola bilsin bədii ədəbiyyat tələblərinə cavab verməyən elmi əsərlərin müəllifləridir, bir başqaları ola bilsin ki bədii ədəbiyyat yazarladır lakin əsərləri tələb olunan yüksək keyfiyyətə malik deyildir, bir başqaları da ola bilsin ki sırf ədəbiyyat baxımından deyil başqa (siyasi, ideoloji, milliyyətçi və s.) əsaslardan təklif olunmuşdur.
Bu ələkdən keçəndən sonra qalan namizədlər daha yaxından araşdırılır. Hər hansı bir yazıçının əsərləri Akademiyada kifayət dərəcədə məlum deyilsə, Nobel Komitəsinin himayəsi ilə ekspert rəyləri sifariş olunur. Əgər namizəd Akademiyanın üzvlərinin bilmədiyi bir dildə yazırsa və əsərlərinin yaxşı tərcümələri mövcud deyilsə tərcümələr sifariş edilə bilər.
Nobel Komitəsinin təklif olunmuş yazarlar üzrə siyahı işlərinin nəticəsi aprel ayında bir qayda olaraq 20 addan ibarət ilkin siyahı şəklində Akademiyaya təqdim olunur.
Akademiya ilkin namizədlər siyahısını qəbul edəndən sonra, Nobel Komitəsi tərəfindən araşdırmalar davam edir və may ayının sonunda Komitə öncəlik verdiyi namizədlərin qəti siyahısını irəli sürür. Bir qayda olaraq beş adın yer aldığı bu siyahıda Akademiya özü dəyişikliklər və əlavələr edə bilər. Akademiyanın Nobel işləri üzrə som tədbiri yaz sessiyası zamanı final namizədlər siyahısını müəyyən etməkdir.
Yay ərzində Akademiyanın üzvləri həmin final siyahıya düşən müəlliflərin əsərlərini daha dərindən oxuyub incələmək olur. Bu siyahıda olan bəzi müəlliflərin adları təkrar-təkrar ildən ilə düşmüş olduqda onların keçən ildən etibarən yeni çıxmış əsərlərinə baxılır ki bununla da yazarın mövqeyinin ya daha da gücləndiyi ya da zəiflədiyi təqdir edilir. Nobel Komitəsinin hər bir üzvü payız sessiyasının ilk toplantısında Akademiyaya öz fərdi bəyanatını təqdim edirlər.
Akademiya yay tətilindən sonra toplandıqda, üzvlər əsərləri yaxşı oxumuş, dərindən araşdırmış, incələmiş və hazırlıqlı olmalıdırlar. Payız sessiyasının ilk iclası sentyabrın ortalarında keçirilir və mükafat qərarı oktyabrın əvvəli və ya ortasında verildiyindən Akademiyanın müzakirə və yekun qərarı vermək üçün yalnız bir neçə həftə vaxtı qalır. Laureatın (qalibin) seçilməsi üçün bir namizədin səslərin yarısından çoxunu qazanması tələb olunur.

MƏNBƏ
10-10-2017, 01:59
Geri qayıt