AFN.AZ / Nobel mükafatçısı Kazuo Işiguronun "Günün qalıntıları" romanı haqda

Nobel mükafatçısı Kazuo Işiguronun "Günün qalıntıları" romanı haqda

Nobel mükafatçısı Kazuo Işiguronun "Günün qalıntıları" romanı haqda


Səadət KƏRİMİ

Kazuo Işiguronun (Kazuo İshiguro) "Günün qalıntıları" (The Remains of the Day,1989) romanı 13 il bundan öncə İsveçdə universitetin İngilis Dili və Ədəbiyyatı bölümündə tələbə olaraq oxumuşdum. Müəllimimiz bu əsəri qrup forumunda müzakirə etməyimizi və sonra fərdi təhlil aparmağımızı tapşırıq vermişdi. O zaman bu roman üzərində çalışma bütün tələbələr üçün tapşırıq deyil, çox sevdiyi, özəl bir qayğıyla yaptığı, hər kəsin şəxsi marağı olan bir projeyə çevrilmişdi. Aramızda ingilis dili çoxlarının ana dili və ya birinci dili idi, mənim kimi bəzilərinində sonradan mənimsədiyi bir dil idi. Romanın toxunduğu mövzular öz yerində, aramızda hər kəs, içi mən qarışıq, yazarın qullandığı dilə aşiq olmuşdu, cümlələrin axımına və sözlərin gücünə bayılmışdı.



Əsərin bir neçə dərin mövzuları/qonuları var. Məsələn, siyasət, siyasi ideologiyalar və vətənə sadiqlik, məhəbbət və social münasibətlər, milli azlıqlara münasibət (romanda jəhudi ailəsindən bəhs olunur) və s. Onlardan ən qabarığı isə Tarix və Coğrafiya qonusudur. Romanın baş qəhrəmanı Stivens (Mr. Stevens), ləyaqətin vacibliyini, təmkinli olmağın önəmini və öz peşəsinin məhdudiyyətlərini ifadə etmək üçün çox zaman lətifələr söylər. Onun peşəsi butlerdir. Bizim kültürdə ona bənzər peşə bəlkə kahya deyə bilərik, amma bizim kültürdə tam olaraq belə bir peşə olmayıbdır, çünki ‘butler’ sadəcə lorduna, bəyinə xidmət etmir, sadəcə əmrlərə tabe deyildir. O, əslində savadlı, ölkəsinin tarixini, mədəniyyətini və siyasətini bilən, İngilis aristrokratiyasını hər incəliyi ilə bilən və lordunu yönəldən, ona gündəliyini xatırladan, igamətkahın həyat dinamikasını yönəldən bir peşə sahibidir. Stivens bunun fərqindədir və o hesab edir ki onun peşəsi sırf İngiltərəyə xas bir peşədir. O, hətta açıq-aydın bu peşənin "böyüklüyündən" danışır və bu "böyüklüyü" yalnız İngilislərə xas olan duyqularını kontrol etmək bacarığı ilə, yəni “emosional məhdudiyyətlə" bağlı olduğunu ifadə edir: “emotional restraint which only the English are capable of” (44).
Əsərdə İngiltərə və butler məsləği arasında mövcud olan paralellin həmdə ötəsi var, çünki Stivensin o peşəkar lətifələri hər zaman İngiltərə landşaftının, İngiltərə mənzərələrin təsviri ilə bağlıdır. Adam söhbət edir, amma oxucu tuta bilir ki, o necə də ilişdirir: “It is with such men as it is with the English landscape…” (45). Bizdə Azərbaycanda xalq arası deyirlər ya “torpaq yetişdirir”, o məsəl yəni! Stivensin düşüncəsində İlgiltərə təbiət mənzərələrinin möhtəşəm gözəlliyi onların "gözəlliyinin sakitliyində, təmkinliyindədir" (“calmness of the beauty, its sense of restraint”), başqa ölkələrdə olan "layiqsiz, yaxışıq almayan nümayişlikdən" çəkinən bir gözəllik, “avoiding the “unseemly demonstrativeness” of other countries” (29). Bir butlerə məxsus olan qarışıq xüsusiyyətlər, özünəhakimlik və soyuqqanlılıq fasadını qorumaq qabilliyəti İngiltərənin qüdrətli dövlət olması ilə əlaqəli görünür. Romanda adı çəkilən tarixi hadisələr İngiltərənin imperial gücə çevrilməsi, İngilislərin "ləyaqəti", hasiyəti anlamında görünür; hasiyətini qoruya bilmək üçün hər şeyə qadir kişilər, Stivensin sözləri ilə desək "peşəkar standartlarda kəskin azalma" ola bilməz deyən insanlar (“sharp decline in professional standards” (8)) anlamında verilir. Tarixi hadisələr əsərdə önəmli yer tutur, İkinci Dünya savaşı gedir. Bunu Stivensin illərcə çalışdığı Darlinqton Hall adlanan igamətgahdə şahid olduğu hadisələri xatırladıqda görə bilirik. Darlinqton Hall igamətgahının sahibi Lord Darlinqton tanınmış siyasi fiqurdur və tanınmış siyasi şəxslərlə həmin igamətgahda görüşlər keçirilir, hansılar ki beynalxalq duruma təsir edən görüşlər, məsələn Britaniya və Alman diplomatları arasında. Darlinqton Halldan ayrılmaq, Stivensin Darlinqton əyalətini tərk etməsi əsərdə önəmli yer tutur. Onun üçün igamətgahın yeni sahibi, əslən Amerikan olan Mr Faraday (Faradey) cənablarının varlığı, orada yaşaması çox böyük əhəmiyyət daşıyır.
Ləyaqət mövzusu. Stivensin lətifələri əsər boyunca ləyaqətin vacibliyini və butler peşəsində təmkinli olmağın mütləqliyini təsvir edir. O, bu xususiyyəti bəlirləməyə, müəyyən şəkildə göstərmək və anlatmağa çox yer adayır, lakin sonunda yenə ləyaqət deyilən anlayışın dəqiq keyfiyyəti xəyali olaraq, illuziv olaraq qalır. Əsərdə ləyaqət kapsamına, anlamına olan müxtəlif baxışlar həm obrazları həmdə romanın asarını, sujetini çox etkiləməkdədir.
Stivens müxtəlif vasitələrlə oxucuya öz ləyaqətini və onurunu oxşadığını və bunun necə onun profesionallığını etkilədiyini nümayiş etdirir. Gümüşün, gümüş qab-qaşığın vəziyyəti məsələsi buna bariz numunədir. Stivens davamlı onun yönətimi altında çalışan Lady Astor’a İngilis gümüşunün mühtəmələn rəqibsiz, ona çatan olmaz fikrini yeritmək istəyir: ”our silver ‘was probably unrivalled”” (143). İgamətgahdəki gümüş bu keyfiyyəti doğrultmayanda Stivens öz profesionallığını oxucuya gümüş əşyaları gizlicə silməklə, problemi həll etməklə, nümayiş etdirir. Buda əlbəttə əsərdə istifadə olunan ironiya alətlərindən biridir. Stivens hesab edir ki, gümüşün göz qamaşdıran halı, gözəlliyi Lord Halifax (Lord Halifaks) və Nazi Almaniyasının səfiri Ribbentrop arasındakı münasibətlərin az da olsa yumşalmasına səbəb olmuşdur” (144). Gümüş məsələsi bir neçə səhnədə Stivensin şəxsiyyətini və oynadığı rolu yaxşı təsvir edir.
Yumor The Remains of the Day, Günün qalıntıları romanında xususi funksiya daşıyır. Kitabda ciddi söhbətlərlə və ya bəzən sərt çıxışlarla yanaşı yumorun olması ona duz-bibər kimi dad qatır, ağır mövzulara yüngüllük gətirir, üzgün anlara başqa bir parlaqlıq gətirir. Buna misal “The Chinaman affair”, Çin adamının məsələsi (səh. 59-62) adlanan səhnəni gətirmək olar. Bu və ya digər səhnələr Stivens və onun ətrafındakı insanlar barədə çox şey deyir, məsələn Yanq Reginaldın (Young Reginald) amaçını, məqsədini göstərir. Stivensin “həyatın faktlarını” ifşa etmək cəhdləri onun eyni zamanda qadınlara olan münasibətini, cinciyyətə olan baxış açılarını və ata-oğul münasibətini ifşa edir. Bunun özündə yəni böyük bir ironiya var.
Əsərin həkayə üslübu/nəqletmə üslübu və quruluşu çox böyük ustalıq nümayiş etdirir və özünə məxsuzdur. Bu əsərdən sonra ədəbiyyat araşdırmaçıları və tənqidçiləri tərəfindən ‘unreliable narrator’ anlayışı, “güvənilməz anlatıcı” deyimi ortaya çıxdı. Doğrudan da oxucu Stivensə inanıb inanmadığını düşünə-düşünə qalır. Oxucu bilmir Stivensə inansın ya inanmasın, və ya niyə inansın, niyə inanmasın. Bu tip protagonist (həkayəni danışan, oxucuyla söhbət edən) bir baş obraz yaratmaqda əslində bir puan var. The Remain of the Day romanında oxucu özünü təsdiq etmək, həyatda öz gerçəkliyini yaşamağa cəhd edən bir insanla və onun yaşadığı toplumun dinamikliyi ilə qarşılaşır, bu sıradan İkinci Dünya Müharibəsi ilə əlaqədar bəzi siyasi hadisələr. Əsərin ikimənalı bitməsi, finalın bəlirsizliyi oxucunu rahat buraxmır, oxucunu düşündürür. Lakin oxucunun köməyinə gələn romanın başından sonuna qədər gedən bir irəliləməni izləmək olar. Söhbətin gedişatı fərdiliyin müstəmləkələşməsi, sömürgələştirilməsi və sömürgəcilik qarşıtı olma kapsamı haqqında çox şey deyir. Hə, müstəmləkələşmə dedikdə, mən Stivensin aidiyyəti olmadığı bir sinifin ideallərini və ideyalarını tamamilə qəbul etdiyi faktını – müəyyən yollarla başqa bir mədəniyyət tərəfindən kolonizə olunduğu faktını nəzərdə tuturam.
Xatirələrə qapılaraq, düşünə-düşünə günün sonunda insana nə qalır?.....
11-10-2017, 14:08
Geri qayıt