AFN.AZ / “Eurovision”un qalibi vəfat edib

“Eurovision”un qalibi vəfat edib

“Eurovision”un qalibi vəfat edib


Tanınmış müğənni Frans Qall dünyasını dəyişib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən müğənni 70 yaşında Fransada vəfat edib.

Qeyd edək ki, musiqi karyerasına 1963-cü ildə başlayan Frans Qall 1965-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olub. Müsabiqədə Lüksemburqu təmsil edən müğənni “Poupée de cire, poupée de son” adlı mahnısı ilə populyarlıq qazanıb.
7-01-2018, 22:01
Geri qayıt