AFN.AZ / Müəlliflər gəlirlərindən 5 faiz haqq ödəyəcək

Müəlliflər gəlirlərindən 5 faiz haqq ödəyəcək

Müəlliflər gəlirlərindən 5 faiz haqq ödəyəcək


Nazirlər Kabineti “Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə” qərar verib.



Bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 (beş) faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.

Həmin haqq hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməlidir.
10-02-2018, 11:28
Geri qayıt