Əsas Səhifə > Mədəniyyət / Son Dəqiqə > Kukla teatrında iki bayramın konserti

Kukla teatrında iki bayramın konserti


12-06-2018, 16:21.
title}
Kukla teatrında iki bayramın konserti


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik, mənəvi dəyərlər ruhunda tərbiyəsi missiyasının davamı olan növbəti tədbirini reallaşdırır.

Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, qarşıdan gələn 15 iyun – Milli Qurtuluş və müqəddəs Ramazan bayramı münasibətilə iyunun 13-də (saat 12: 00) teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca yetirmələrinin təqdimatında “Nəğmə çələngi” adlı konsert proqramı təqdim olunacaq.
Studiyanın yetirmələrinin təqdim edəcəyi proqrama rəngarəng musiqilərlə yanaşı repertuardakı müxtəlif tamaşalardan səhnəciklər də daxil edilib.
“Oyuq”çuların mövsümün sonuna hesabat xarakterli bu konsert proqramında balaca tamaşaçılar məşhur nağıl qəhrəmanlarının səhnə nümayişlərini də izləyə biləcəklər.


Geri qayıt