AFN.AZ / Stokholmda "Nalşəkilli mühasirə" kitabının təqdimatı keçirilib-

Stokholmda "Nalşəkilli mühasirə" kitabının təqdimatı keçirilib-

Stokholmda "Nalşəkilli mühasirə" kitabının təqdimatı keçirilib-


9 fevral 2019-cu ildə İsveç Azərbaycan Təşkilatının (SAF) təşəbbüsü ilə Stokholmda Azərbaycanlı yazar Eluca Atalının "Nalşəkilli mühasirə" kitabının təqdimat mərasimi keçirilib.



Mərasimin əvvəlində SAF-ın başqanı Sevda Dadaşova qısa formada kitab və müəllif haqqında məlumat verdi. Bundan sonra Eluca Atalı kitabın yazılma səbəblərini açıqlayaraq kitab haqqında ümumi məlumat verdi. Kitabın məsləhətçisi əsərdə hadisələrin cəryan etdiyi məşhur Zabux dərəsində böyümüş Fizuli Ağayev Laçinın strateji əhəmiyyətindən və Sultan bəy Sultanov haqqında yaşlı nəsildən eşitdiyi xatirələrini danışdı. Rejissor Rəhim Sadıqbəyli əsərdəki dramatikliyi təhlil etdi. Məlumat üçün qeyd edək ki, kitab Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlıdır. Mərasimdə həmçinin Eluca Atalının Türkiyə, Özbəkistan, İsveç, Kenya, Qviniya, Hindistan, Çili, Argentinadan olan yaddilli oxucuları da iştirak edirdilər və onlardan Magdalena Kofe Jonsson, Nişa Saran, Melody, Manuel Santibanez ingilis dilində müəllifin "Yad dildə azadlıq nəğmələri" (2018, Kaliforniya) və "Heykəllər niyə danışmır?" (2018, Amerika) kitabları və yaradıcılığı haqda nəzər verib, kitablardan bəzi hissələri oxudular. Elucanın yazılarının nə qədər onların üzərində təsir buraxdığını söylədilər.



Stokholmda "Nalşəkilli mühasirə" kitabının təqdimatı keçirilib-
Stokholmda "Nalşəkilli mühasirə" kitabının təqdimatı keçirilib-
Stokholmda "Nalşəkilli mühasirə" kitabının təqdimatı keçirilib-
Stokholmda "Nalşəkilli mühasirə" kitabının təqdimatı keçirilib-
Stokholmda "Nalşəkilli mühasirə" kitabının təqdimatı keçirilib-
10-02-2019, 22:11
Geri qayıt