AFN.AZ / Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır...

Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır...

Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır...


Ona nə gəlirsə qeybdən gəlir- o, SÖZü söyləmir, ağızdan doğur...
Ruhuna yaşıldan pay düşüb- Tanrının sevdiyi rəngdir, hara çəkərsə ora canlanar...
Onun gözlərinə hər adam baxa bilməz- baxışların qərq olduğu dəryadır...
Onun da hamı kimi tərcümeyi halı var- tərcümeyi halı olmayan bircə Allahdır...



-Adı Ramiz, təxəllüsü Rövşən. 1946-cı il dekabrın 15-də Bakıda dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1978-ci ildə Moskvada iki illik kinorejissorluq kursu keçib. "Azərbaycanfilm" film studiyasının baş redaktoru olub...

Amma bu tərcümeyi hal ona heç lazım da deyil. O, öz tərcümeyi halını çiyinlərində gəzdirir. Yaxşı əməlləri sağ, pisləri isə solda...
Eşitsəniz ki, ölüb, inanmayın- öləndən sonra da yaşayanlardandır...
Q, odur- onu Allah da yaxşı tanıyır...
Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan
17-05-2019, 17:04
Geri qayıt