AFN.AZ / Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Mayın 22-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor Tofir Tağızadənin 100 illiyi münasibəti ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirildi.

Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirdi ki, Mateo Falkone filmi Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb. Film keçmiş sovet dövrünün ən kəskin vaxtlarında ekranlaşdırılıb. 19 dəqiqəlik "Mateo Falkone" qısametrajlı filmi ölkəmizdə BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir.
Filmin yeni versiyasının bərpasına üç aydan çox vaxt sərf edilib və bunu məşhur rejissor Tofiq Tağızadənin anadan olmasının 100 illiyinə həsr etmişik.
Təqdimatda Oqtay Mirqasımov, Fəxrəddin Manafov, Sabir Rüstəmxanlı, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Eldar Quliyev, Ayaz Salayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Azərbaycanfilm Kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxışında Azərbaycan kinosuna yeni nəfəs verdiyinə görə Vahid Mustafayevə təşəkkür edərək bildirib:
"Sevinirəm ki, Vahid kimi mədəniyyətin qayğısına qalan bir insan var. Minnətdaram. Bu film dovlet tərəfindən sifariş verilməyib. Bu filmi Balans Studiyası özü bərpa edib”

Mateo Falkone bərpa edilmiş filmin nümayişindən əvvəl, tamaşaçılara bərpa prosesinin incəliklərini əks etdirən Film haqqında Film nümayiş etdirildi.
Tamaşaçılar Balans Studiyasının filmin səs, rəng, musiqi, dialoqlarının xüsusi avadanlıqlar vasitəsi ilə necə bərpa edildiyini lentin mövcud və bərpadan sonrakı vəziyyətini əyani olaraq gördülər.

Xatırladaq ki, film BALANS Milli Rəqəmsal Bərpa Studiyası,
Milli Qəhrəman Çingiz Mustafayev adına fond, ANS Şirkətlər Qrupu, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, AMKAD və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu.

23-05-2019, 18:45
Geri qayıt