AFN.AZ / "Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib -

"Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib -

"Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib -


Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən 28 May–Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Kiyevdə rəsmi qəbul mərasimi keçirilib.



Mərasimdə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı təşkil edilən Naxçıvan məhsullarının sərgisi ilə tanış olublar. Burada Naxçıvanda istehsal olunan məhsullar, o cümlədən Naxçıvanın brendi sayılan göycə nümayiş olunub.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 1918-ci il 28 may tarixində müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, mövcud olduğu 23 aylıq dövrdə diplomatiya sahəsində qazandığı mühüm nailiyyətlərdən danışıb. Səfir bildirib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb. Müstəqilliyin ilk illərindən Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan ərazisinin 20 faizi işğal edilib və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Azər Xudiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlər müstəvisində yeni mərhələyə çıxarıb, bir çox uğurlar əldə edilib. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu 15 ildən artıqdır Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan regionda siyasi və iqtisadi münasibətlərin əsas iştirakçısına çevrilib

Ukraynanın Xarici işlər nazirinin müavini Vasili Bodnar bildirib ki, Azərbaycan və Ukrayna arşında diplomatik əlaqələr hələ 1918-ci ildən yaranıb. Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirib. Bu gün isə iki ölkə arasında strateji əməkdaşlıq mövcuddur.

Bundan sonra bir sıra şəxslər iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə, səfirliyimiz tərəfindən xüsusi diplomla təltif ediliblər.

Tədbirin sonunda “Şərur” Xalq Yallı Ansamblı rəngarəng rəqslər, qədim Şərur və Naxçıvana məxsus “Tənzərə”, “Köçəri” və başqa yallıları ifa edib. Bundan başqa azərbaycanlı müğənnilər tərəfindən muğam, şən musiqi nömrələri səslənib, , Ukrayna Milli Rəqs qrupunun nömrələri iştirakçılara təqdim olunub.



"Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib -

"Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib -

"Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib -

"Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib -

"Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib -


Mənbə: NUHÇIXAN
27-05-2019, 15:10
Geri qayıt