AFN.AZ / Bu abidələr də dövlət tərəfindən mühafizə olunacaq

Bu abidələr də dövlət tərəfindən mühafizə olunacaq

Bu abidələr də dövlət tərəfindən mühafizə olunacaq


Nazirlər Kabineti “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda dəyişiklik edib.



Qərara əsasən, Bakı şəhəri, S.Rüstəm küçəsi 10 ünvanında yerləşən 1913-cü ildə tikilmiş İbadət evi (“Salaam Cinema Baku”) və R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məscid "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda Memarlıq abidələri” bölməsinə daxil edilib. Hər iki abidə dövlət tərəfindən mühafizə olunacaq.

Qeyd edək ki, “Salaam Cinema Baku” hazırda kinoteatr kimi fəaliyyət göstərir.
3-08-2019, 11:33
Geri qayıt