AFN.AZ / “Mədəniyyət.AZ” jurnalı növbəti sayı ilə oxucuların görüşünə gəldi

“Mədəniyyət.AZ” jurnalı növbəti sayı ilə oxucuların görüşünə gəldi

“Mədəniyyət.AZ” jurnalı növbəti sayı ilə oxucuların görüşünə gəldi


Yay aylarının ilk sayı ilə oxucuların görüşünə gələn “Mədəniyyət.AZ” jurnalı yenə də maraqlı mövzuları ilə gündəmdədir!



Ilk növbədə nəzərə çatdırmaq istədiyimiz bir mətləb var!

Dəyərli oxucularımız, əslində məqsədimiz jurnalımızın bu sayında da, adətimiz üzrə, bir neçə ayın mədəniyyət, sənət, ədəbiyyat və digər humanitar sahələrini əhatə etmək olduğundan bəzən görüşünüzə ləngiyirik. Amma jurnal mövzuları heç əksilməz, köhnəlməz deyə bu sarıdan narahat deyilik, öxucumuz hər zaman bizimlədir! Buna görə dəyərli sevənlərimizə təşəkkür edir və bu sayımızın mətləblərini diqqətə çatdırırıq.

Ötən aylarda respublikamızın rəsmi bayramlarından dolayı və əslində elə hər zaman, ümummilli liderimiz Heydər Əliyev və mətbuatımız mövzusu aktualdır. Biz də ilk səhifələrimizdə bu münasibətlərə bir daha güzgü tutub xatırlamışıq onları.

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun maraqlı məqamları əksini tapıb budəfəki kiçik hesabatda...

“Azərbaycan Cümhuriyyəti” rubrikası gözəl alimimiz Nəsiman Yaqublunun qələmindən güc alıb. “Günahsız müqəssir”lər siyahısına düşən onminlərlə aydınımızın daha biri -Əliabbas Müznib haqqında ilk dəfə oxuyacaqsız, dəyərli izləyənlərimiz!

Nisgillərimiz yenə də səhifələrimizdən haray deyir!

Bu yaxınlarda əsərləri yenidən kitab halında çıxan Mirzə Şəfi Vazeh haqqında yazı tamamən onun taleyini əks etdirir: “Öz dilinə tərcümə olunan şair!”

“Oxu bayramı” kimi bölgələrdən gələn yazılara səhifələrimizdə hər zaman yer var.

Musiqi dünyamızın önəmli isimlərindən biri, Fərhəng Hüseynov haqda bəzi oxucularımız Zemfira Abdullayevanın gözəl məqaləsindən ilk dəfə oxuyacaqlar...

Teatr kulisləri – I Lənkəran teatr dönəmi və Pantomim Teatrımızın yubileyi Samirə Behbudqızının yazılarında ard-arda izlənilir.

Rəngkarlıq aləmində ulduz yağışıdır bu sayımızda: sənətşünas Dilarə Vahabova Arif Hüseynov ürəyinin yaddaşına nəzər salır, Məmmədhüseyn Əliyev isə həmkarı, xalçaçı rəssam Aydın Rəcəbovun naxışlar dünyasından söz açır. Daha bir yazıda isə görkəmli sənətşünas alim Kübra xanım Əliyevanın həmişəcavan qalmasının sirləri aşkarlanır!

Bəzən haqqında çox az eşidib-bildiyimiz, amma musiqi tariximizdə əvəzsiz xidmətləri olan insanların jurnalımızın səhifələrində haqq etdiyi qiyməti aldıqlarının çox şahidi olub oxucularımız - arfaçı Çiçək xanım Rzayeva kimi!

“Elm” rubrikasında yazıların sayı çoxalır, keyfiyyəti gündən-günə artır, araşdırmaçılarımızn daha maraqlı məqalələri gəlir ünvanımıza!

Mədəniyyət Nazirliyinin meqatədbirlərinin Azərbaycan turizminə verdiyi töhfələrdən isə həmişəki kimi Fəxriyyə Abdullayevanın yazısında oxuyuruq.

Bəlkə burda anonsunu vermədiyimiz yazılarla da jurnala abunə olub əlinizə alınca rastlaşarsınız, əziz oxucular! Sizləri jurnalımıza abunə olmağa və faydalı mütaliələrə dəvət edirik!

“Mədəniyyət.AZ” jurnalı növbəti sayı ilə oxucuların görüşünə gəldi
“Mədəniyyət.AZ” jurnalı növbəti sayı ilə oxucuların görüşünə gəldi
“Mədəniyyət.AZ” jurnalı növbəti sayı ilə oxucuların görüşünə gəldi
“Mədəniyyət.AZ” jurnalı növbəti sayı ilə oxucuların görüşünə gəldi
9-08-2019, 19:04
Geri qayıt