"Prezidentin jurnalistlərlə görüşündə müəyyən qərarlar qəbul olunub”


“Dünən Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdü və çox geniş müzakirə aparıldı. Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini, medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi. Mətbuat Şurasının üzvləri ilə bu məsələlər müzakirə olunub və bu məsələlərlə bağlı müəyyən qərarlar qəbul olunub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Ə. Həsənov deyib ki, Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz qayğıları kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir: “Bu, bundan sonra da belə olacaq. Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu