Beynəlxalq Media və Araşdırmalar Mərkəzi yeni layihəyə başlayıb


Gürcüstan Azərbaycan Media Forumu öz işinə başlayıb


“Beynəlxalq Media və Araşdırmalar Mərkəzi Gürcüstan Azərbaycan Media Forumu layihəsinə start verdi”. Afn.az xəbər verir ki, bu haqda öz açıqlamasında Beynəlxalq Media və Araşdırmalar Mərkəzinin rəhbəri Ülkər Musazadə deyib. Onun sözlərinə görə, bu Gürcüstan-Azərbaycan mətbuatının dostluğu sahəsində çoxdan düşünülmüş və gerçəkləşməsi üçün böyük işlər görülən bir layihədir: “Layihənin Azərbaycan üzrə sədri mənəm, Gürcüstan üzrə sədri isə politoloq Arçio Çikoidzedir. Gürcüstan Azərbaycan Media Forumu layihəsi Gürcüstan Azərbaycan mediası arasında körpü rolunu oynayaraq, iki ölkənin dostluq, sülh və əminamanlığın təbliğ olunmasına xidmət edəcək. Hələlik ki, biz Gürcüstanın Patriot TV və “İraklinin yolu” nəşri ilə sıx əməkdaşlıq qurmuşuq. Bu layihəyə 12 fevraldan etibarən start verildi. Hesab edirəm Grcüstan Azərbaycan Media Forumu iki ölkə arasındakı media dostluğu gücləndirərək, daha böyük nailiyyətlərə imza atacaq. Gürcüstan Azərbaycan Media Forumu layihəsi mətbuatda iki qonşu dövlətə lazım olan və hər iki dövlətin maraqları çərçivəsində olan xəbərləri işıqlandırmaq, Gürcüstanda yaşayan soydaşlarımızın müraciət edə biləcəyi və eyni zamanda Azərbaycanda yaşayan gürcülərin etimad göstərəcəyi bir mediya orqan kimi xidmət göstərək”.

AFƏT



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu