Azərbaycanlı jurnalistlər Putinlə görüşə gedirlər-SİYAHI


Kreml Rusiya prezidenti Vladimir Putinin dekabrın 17-də jurnalistlər üçün keçirəcəyi ənənəvi illik mətbuat konfrasına akkreditasiya olan jurnalistlərin siyahısını dərc edib.

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, akreditasiydan keçən 1390 jurnalist arasında Azərbaycanın media orqanlarının nümayəndələri və bəzi xarici KİV-lərdə çalışan azərbaycanlılar da var.

Həmin jurnalistlər aşağıdakılardır:

“AZƏRTAC” Dövlət İnformasiya Agentliyi - Fəridə Abdullayeva

ATV telekanalı - Elzar Ağayev

“Azəri-Press Agentliyi” (APA) - Fərid Əkbərov

“Lider” telekanalı - Anar Həsənov

“Azərbaycan Dövlət Televiziyası (AzTV) – Zakir Musayev

“AzerRos.ru” saytı - Cəmil Sadıqbəyov

“AzerRos.ru” saytı - Vaqif Adıgözəlov

Çin Mərkəzi Televiziyasının (CCTV) Rusiya bölməsinin müxbiri - Rasim Nəbiyev

“İşgüzar İran” jurnalı – Rəcəb Səfərov

“Cihan” informasiya agentliyi - Fuad Səfərov

“İHA” informasiya agentliyi – Fuad Abbasov


Vladimir Putinin mətbuat konfransı dekabrın 17-si Bakı vaxtı ilə 13:00-da başlayacaq. Bu, Rusiya prezidentinin keçirdiyi sayca 11-ci geniş mətbuat konfransı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu