ANS MTRŞ-ə qarşı 22 məhkəmə iddiası qaldırıb


ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı məhkəmə iddialarının sayı 22-yə çatıb.


"Report" xəbər verir ki, həmin iddialar üzrə işlər ümumilikdə üç məhkəmə hakiminin icraatındadır.
Həmin işlərin bir qisminə bu gün Səbail Rayon Məhkəməsində baxılması planlaşdırılıb. Lakin proseslər təxirə salınıb.

Növbəti məhkəmə proseslərinin bir qismi yanvarın 26-na, bir qismi fevralın 1-nə, digər qismi isə fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, MTRŞ 5 oktyabr 2015-ci il tarixində ANS-lə bağlı qanunvericiliyin tələblərinin pozulmasını əsas gətirərək qərar qəbul edib. Qərara əsasən, ANS Müstəqil Yayım və Media Şirkətinin ümumilikdə 161 min manat cərimələnməsi nəzərdə tutulub. Bundan narazı qalan televiziya şirkəti isə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib. Eyni zamanda, MTRŞ-nın digər bir sıra qərarlarının da ləğv edilməsini istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu