Əflatun Amaşov Milli Məclisdə qəzetlərin bahalaşmasından danışdı


Milli Məclisin bugünkü iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov manatın devalvasiyasından sonra mətbuatın üzləşdiyi problemlərdən söz açıb.


"Ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar", - Ə.Amaşov belə deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu