Zaurun efirdən səsləndirdiyi ədəbsiz ifadəyə MTRŞ-dan cavab


Orada nə olub ki?! Cümləni bitirmir və 3 nöqtə deyirsə, orada nə ola bilər? Biz o vaxt müdaxilə edə bilərik ki, efirdə söyüş söyülər, qanunvericiliyin konkret tələblərinin pozulması hadisəsi baş verər.

Bu sözləri MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov aparıcı Zaur Baxışəliyevin “Bizimləsən” verilişində işlətdiyi ifadə haqqında danışarkən deyib. O, mövzuya müdaxilə ediləcək heç bir səbəb görmədiyini vurğulayıb:

“Aparıcı qeyri-etik ifadələr işlədərsə, bu zaman biz müdaxilə edə bilərik. Ancaq aparıcı atalar sözünü deyir və atalar sözündəki kobud ifadəni səsləndirmir. O, burada biədəb söz işlətmir. Burada şişirdiləcək bir şey yoxdur. Bəziləri qınayır ki, aparıcı verilişdə atalar sözünü tam demir. Lap atalar sözünü tam desəydi də, orada qeyri-etik heç nə yoxdur. Aparıcı verilişdə biədəb söz işlətməyib”.

Qeyd edək ki, aparıcı Zaur Baxışəliyevin “Bizimləsən” verilişində “oğlumun oğlu çaydan keçirər, qızımın oğlu isə…” deməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

[media=https://www.youtube.com/watch?v=8GIipMmWhvM]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu