ATV-də daha bir veriliş bağlandı


“Azad Azərbaycan” telekanalında yayımlanan “Mənim mətbəxim” verilişi yayımını dayandırıb.


Bunu Lent.az-a açıqlamasında verilişin aparıcısı müğənni Niyam Salami deyib: “Verilişə başlamamış sponsorla 4 aylıq müqavilə bağladıq. Müqavilə başa çatandan sonra həmin şəxslər sponsorluq etməkdən imtina etdilər. Beləcə, veriliş yayımını dayandırmalı oldu. Düşünürəm ki, “Mənim mətbəxim” verilişi 4 ay ərzində yaxşı baxıldı.

Xatırladaq ki, “Mənim mətbəxim” verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanırdı. Həmin verilişdə N.Salamidən öncə aparıcı Mətanət Əlverdiyeva aparıcılıq edirdi.

Qeyd edək ki, ATV-də daha bir mətbəx verilişi “Duz və istiot” da bağlanıb. Həmin verilişin aparıcısı isə əməkdar artist Zöhrə Abdullayeva idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu