APA erməni dilində də xəbər yaymağa başladı


APA İnformasiya Agentliyi daha bir dildə xəbər xidmətinə başlayıb.

Agentlik bundan sonra erməni dilində də on-line xəbər yayımı ilə məşğul olacaq.

Erməni dilində xəbərlərlə www.am.apa.az internet ünvanında tanış olmaq mümkündür.

Agentliyin erməni dilində xidməti Azərbaycanda, Cənubi Qafqazda və dünyada baş verənləri, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ermənidilli oxuculara çatdıracaq.

Qeyd edək ki, "APA İnformasiya Agentliyi 2004-cü ildə yaradılıb. Agentlik indiyə qədər Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində xəbər xidməti göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu