Azərbaycanda telekanal prezidenti vəfat etdi


"İnterAz" televiziya kanalının prezidenti, tanınmış jurnalist Saleh Xudiyev bu gün Bakıda dünyasını dəyişib.

Saleh Xudiyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Saleh Aydın oğlu Xudiyev 4 may 1955-ci ildə Ağdam rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd təsərrüfatı texnikumuna daxil olub.

Azərbaycan İnşaat mühəndisləri İnstitutunu bitirib. “Azmas” teleşirkətini yaradaraq baş direktor vəzifəsini icra edib. Daha sonra “Sara” teleradio şirkətini yaradıb.

2001-ci ildən İnterAz televiziyasına rəhbərlik edib.

Allah rəhmət eləsin!

APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu