“Olaylar” İnformasiya Agentliyi bağlanır-eksklüziv


“Olaylar” İnformasiya Agentliyi fəaliyyətini dayandırır.

Bu barədə AFN-ə redaksiyada çalışan işçilərdən biri xəbər verib. Bildirib ki, artıq agentliyin işçilərinin əmri verilib: “Bizə bildirildi ki, “Olaylar” İA fevralın 1-dən fəaliyyətini dayandıracaq. Amma bunun səbəbi ilə bağlı hər hansı məlumat verilmədi”.
Qeyd edək ki, “Olaylar” İA 1995-ci ildən fəaliyyət göstərir. Eyni adda qəzet də həftədə 5 gün olmaqla dərc edilir. Agentliyin və qəzetin baş redaktoru Yunus Oğuzdur.
Agentliyin redaksiyası ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirmək istədik. Telefona cavab verən xanım əməkdaş bildirdi ki, Y.Oğuz hazırda yerində yoxdur: “Onunla sabah əlaqə saxlaya bilərsiz, amma bağlanma xəbəri doğru deyil, biz eşitməmişik”.

Nüşabə



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu